"Yuxu içində" ŞEİR

23 Yanvar 2015 12:45 (UTC+04:00)

Ağ yuxu içindəyəm.

Könlüm, içim ağappaq.

Beynimdə silinmiş

Ağappaq bir iz.

Çılpaq bədənimi

Ağ yağış döyəcləyir,

Bəyaz bir külək toxunur,

Silkələyir məni.

Ağ yuxu içindəyəm.

Ölümün bəmbəyaz donu əynimdə,

Üşüdür bədənimi.

Ağ çarpayı olaydı.

Ağappaq bir balışı bağrıma basıb,

Ağ yuxu içində,

Mənzilimə çataydım.

Yuxuma rəng qataydım.

Xanım İsmayılqızı