Müğənni Ceyhun Əliyev bəstələri haqqında danışıb. SİA-ya açıqlama verən ifaçı şəxsi həyatı barədə də maraqlı etiraflar edib: "İfa etdiyim mahnılar orta nəslin nümayəndələrinə həsr edirəm. Lentə aldırdığım bəstələr adi həyatda baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Bəzən mənə söyləyirlər ki, yəqin həyatımda nakam sevgi olub. Ona görə lirik və sevgi mahnıları oxuyuram. Amma heç də elə deyil. Allahın bu gününə şükür edirəm ki, gözəl ailəm və övladım var. Sevdiyim xanımla da ailə həyatı qurmuşam. Sadəcə olaraq cavanların zövqünü oxşamaq istəyirəm ki, bəstələrim onlar tərəfindən dinlənilərək sevilsin".