Əlcəzairin Azərbaycanda diplomatik nümayəndəliyi təsis edilib

22 Yanvar 2015 11:57 (UTC+04:00)

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi təsis edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili Abbes Benmoussat XİN-in Dövlət Protokolu idarəsində qəbul edilib.