Azərbaycan Prezidenti Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

20 Yanvar 2015 22:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olundu, digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.