Hüseyn Bağırov: “Ehtiyatlar durmadan artır” AÇIQLAMA

20 Yanvar 2015 11:22 (UTC+04:00)

"Bu il nazirlik tərəfindən qızıl yataqlarının atlasını nəşr etmişik. Axrtarışlar əsasən kiçik və böyük Qafqazın şimal-qərb hissəsində aparılır. Axtarışlar göstərir ki, ehtiyatlar durmadan artır". SİA-nın məlumatına görə, bunu bu gün 20 Yanvar faciəsi ilə bağlı Şəhid Xiyabanını ziyarət edən Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə verdiyi açıqlamasında deyib.

O, həmçinin Xəzər dənizində suyun azalmasından da danışıb. Qeyd edib ki, bu ciddi problem olmasa da, bununla bağlı bəzi qurumlar addımlar atmalıdır: "Ötən əsrin 70-80-ci illəri ilə müqayisədə bu gün dəniz səviyyəsinin enməsi müşahidə edilir. Lakin dəniz səviyyəsi qalxanda daha təhlükəli olur. Suyun səviyyəsi qalxanda müvafiq tədbirləri dəniz sahlində infrasturukturu olan təşkilatlar, dəmiryolçular görməlidir. Geri çəkiləndə isə başqa problemlər üzə çıxır. Daha təhlükəli və dramatik olmasa da, aidiyyatı təşkilatlar müvafiq işlər görməlidir. Bu barədə məlumatlar yaymalıdır".