Bakı şəhər sakinləri balıq tutarkən qayıq aşıb, nəticədə bir nəfər ölüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 18-də Bakı şəhər sakinləri Camo İsrafilov və oğlu Elşən "Qanlı göl" adlanan göldə qayıqla balıq tutarkən qayıq aşıb.
C.İsrafilov FHN-in əməkdaşları tərəfindən xilas edilib, Elşən isə suda boğulub.