Çinlilər "Gelanvagen"i hədəfə alıb

19 Yanvar 2015 10:01 (UTC+04:00)

Dünyada öz keyfiyyəti ilə nüfuz qazanmış brendlərin oxşarını və ya saxtasını hazırlamaqda ad çıxarmış Çin şirkətlərinin "fərasət"i heç kim üçün yeni deyil. Əmtəə və texnologiya "copy-paste"ı dünya avtomobil sənayesindən də yan keçməyib. SİA-nın məlumatına görə, çinlilər bu dəfə "Mercedes-Bens" şirkətinin brendi olan "Gelanvagen"i hədəfə alıblar. Belə ki, bu ildən etibarən Çinin BAİC şirkəti BJ80 modellərinin satışına başlayır.

Xarici görünüşünə görə əsl "Gelanvagen"dən heç nə ilə fərqlənməyən "kitayski" Gelanvagenin qiyməti 300 min yuan (təxminən 48300 dollar) dəyərində olacaq. Kuza tipi, ön faralar, radiator "reşotka"sı eynidir. Yalnız hələ ki, bəlli olmayan onun texniki xarakteristikasıdır, hətta tamötürücülü olub-olmadığı aydın deyil.