"Elektron hökumət quruculuğunda vəsaitə qənaət etmək üçün nazirliyimiz tərəfindən informasiyanın reyestri xidməti yaradılmışdır. Sertifikatlaşma qeydiyyat mərkəzi formalaşdırılmışdır". Bu sözləri SİA-ya açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib.
O bildirib ki, nazirlik tərəfindən sertifikatlaşma qeydiyyat mərkəzi yaradılıb və artıq elektron hökümətdən istifadəçilərin də sayı artmaqdadır: "Sertifikatlaşma qeydiyyat mərkəzi 2012-ci il aprel ayında nazirlik tərəfindən inşa olunmuşdur. Birgə səyimiz nəticəsində 405 elektron hökümət portalı sahibkarlara istifadəyə verilmişdir. 2013-cü il yanvar ayında portaldan istifadəçilərin sayı 7900 idisə, 2015-ci ildə bu göstərici 285 min olmuşdur".
Hazırda elektron imzaları ilə bağlı yeni sənədlər imzalanıb. Dövlət qurumlarında vətəndaşın elektron hökümətdən istifadə etməsi aktual məsələdir. Hazırda elektron hökümətdən banklar da istifadə edir. "Bank of Baku", "Beynəlxalq Bank", "Muğan Bank" və digər bizim elektron hökümətdən istifadə edən banklara təşəkkür edirik".