Nazir müavini: “Azərbaycanda kompyuter istehsalına başlanılacaq” AÇIQLAMA

14 Yanvar 2015 13:19 (UTC+04:00)

"Hazırlıq işləri bitdikdən sonra Azərbaycanda kompyuter istehsalının yaradılmasına başlanılacaq". SİA-nın məlumatına görə, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu gün "Açıq Hökumət Məlumatlar" portalının təqdimatından öncə jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, kompyuter istehsalı ilə bağlı işlər gedir: "Bu istiqamətdə işlər gedir. Hazırlıq mərhələsi başa çatandan sonra bu layihənin icrasına başlayacağıq".