“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimatı olub

13 Yanvar 2015 20:52 (UTC+04:00)

Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində "Bakı-2015" ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən "Bakı-2015" Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Bakı-2015"ə hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyini bildirib. S.Kleq Oyunların ulduz elçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını zərflərdən seçiblər.