Kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşlarla görüşəcək SİA-nın Kənd Təsərrüfatı Nazirliyinə istinadla verdiyi məlumata görə, nazir yanvar ayının 23-də saat 11:00-da Göyçay rayonunda Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 055-736-65-05) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.