Dünyanın ən balaca adamı

10 Yanvar 2015 13:27 (UTC+04:00)

Boyu 70 santimetr, çəkisi isə cəmi 10 kiloqram olan bu şəxsin adı Eduard Nino Ernandesdir. SİA-nın xəbərinə görə, Eduard dünyanın ən balaca adamı kimi" Ginnesin rekordlar kitabı"na imzasını atıb.

Eduardın anası bildirib ki, oğlunun 2 yaşı olanda, onun boyunun artması dayanıb. O, doğulandan sonra cəmi 40 santimetr artıb."Rekordçu" görünüşündən və boyundan razı olduğunu bildirərək bunu da qeyd edib : "Mən unikal olduğuma görə xoşbəxtəm".