Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləyib, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilib. Unuversitetin jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı olub, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib. "Molla Nəsrəddin" jurnalının baş redaktoru olub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib. Ədəbi fəaliyyətə "Ulduz" jurnalında çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Uzun illər teleşirkətdə aparıcı olub. "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor olub. Hazırda orada idarə heyətinin katibidir. Mindən artıq şeirinə mahnı bəstələyib. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ. Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb.
"Humay" mükafatı laureatıdır. Respublikanın əməkdar incəsənət xadimidir.