İzzət Bağırov oğlanlarına nə arzu etdi?

10 Yanvar 2015 11:15 (UTC+04:00)

Müğənni İzzət Bağırov ailəsi ilə gündəmə gəlməyin tərafdarı olmadığını dilə gətirib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda verilişlərin birində maraqlı açıqlama verib: "Bir neçə kanal evimdə çəkiliş apardı. Amma artıq bəsdir. Çünki istəmirəm ki, oğlanlarımla özümü reklam edim. Xüsusi ilə vurğulayım ki, heç zaman istəmərəm övladlarım şou-biznes ailəminə qatılsın. Onları başqa sahələrdə görmək istəyirəm. Arzu edərdim ki, prokror, hakim və digər peşələrə sahib olsunlar".