"Qara qızıl" dəyərini itirir

10 Yanvar 2015 09:50 (UTC+04:00)

Neftin qiyməti yenidən sürətlə düşməyə başlayıb. SİA-nın məlumatına görə, London birjasında Brent markalı neftin bir barreli 49,11 dollara satılıb. Bu gün neft indekslərinin minimal həddi 49,07 dollar müəyyənləşib.

Qeyd edək ki, həftənin 4-cü günü ABŞ-da neft malları ehtiyatının azalması xəbərindən sonra, neftin qiyməti qalxsa da bu, çox çəkməyib.