Şantajın sonu

9 Yanvar 2015 14:59 (UTC+04:00)

Paytaxt sakini bakılı qadından şantaj yolu pul alarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Günel Cavadovanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 manat alarkən paytaxt sakini Elmir Məmmədov tutulub.

Faktla əlaqədar araşdırma aparılır.