Dəm qazı can aldı

9 Yanvar 2015 14:55 (UTC+04:00)

Dəm qazı daha bir nəfərin həyatına son qoyub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Samux rayonunun Əhmədbəyli kəndində baş verib.

Kənd sakini Zabit İmanov dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.