Ən dəhşətli işgəncə alətlərindən biri baş əzici alət

9 Yanvar 2015 14:01 (UTC+04:00)

Tarix boyu bir çox işgəncə alətləri hazırlanıb. SİA ən dəhşətli işgəncə aləti olan baş əzici alət haqqında məlumatı oxucularına təqdim edir.

Belə ki, bu alətin üst hissəsi yumru formadan ibarət dəmirdən, alt çənə nahiyəsi isə dəmir parçadan ibarət olur. Prosesin başlanğıcında baş üst hissədən sıxılmağa başlayır. İlk olaraq dişlər və çənə parçalanır. Daha sonra gözlər kənara çıxır. Son olaraq isə kəllə sümüyü çatlamağa başlayır, eyni zamanda isə başın içərisində olanlar sümüklər parçalanır.