Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin növbəti iclası keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, iclasda Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramına" əsasən görülmüş işlərdən bəhs edilib. İclasda, həmçinin monitorinqlərin növbəti mərhələsinin adı açıqlanıb.
Qeyd edilib ki, bu dəfə xəbər saytlarının monitorinqi keçiriləcək. Əsas diqqət xəbər saytlarının dil və üslub xüsusiyyətlərinə, xəbər başlıqlarına yönəldiləcək.