Redaksiyada atışma 10 nəfər ölüb

7 Yanvar 2015 16:41 (UTC+04:00)

Parisdə "Çarli Hebdo" (Charlie Hebdo) jurnalının redaksiyasında atışma baş verib, ən azı 10 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis əməkdaşları dərhal hadisə yerinə gəlib. Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, "Çarli Hebdo" 2012-ci ildə Məhəmməd peyğəmbərin (s.a.s.) karikaturasını dərc etdiyinə görə müsəlmanların etirazı ilə üzləşmişdi.