“Neftçi” PFK Elnur Allahverdiyevlə yollarını ayırdı

7 Yanvar 2015 16:14 (UTC+04:00)

"Neftçi" PFK futbolçu Elnur Allahverdiyevlə yollarını ayırıb. SİA-nın məlumatına görə, futbolçu ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Neftçi" PFK Azərbaycan milli komandasının üzvünə gələcək karyerasında uğurlar arzulayır.