Eskalator təmirə dayanır Bakı Metrosu xəbərdarlıq edir

7 Yanvar 2015 09:54 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır. SİA-nın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni"nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

"Bununla bağlı bütün hazırlıqlar görülüb: "Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-ə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır"- deyə, N. Paşayev qeyd edib.

Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.