İstanbulda terror aktı törədilib

7 Yanvar 2015 00:19 (UTC+04:00)

İstanbulun Sultan Əhməd meydanında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində biri ağır olmaqla iki polis nəfəri yaralanıb. İstanbul valiliyinin məlumatına görə, qadın terrorçu-kamikadze hadisə yerində həlak olub.

Terror aktı ilə bağlı istintaq başlanıb.

Sabir Şahtaxtı, AzərTAc