MOM mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib

6 Yanvar 2015 20:36 (UTC+04:00)

Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edilib. Nazirlər Kabinetinin 2014-cü il 22 dekabr tarixli qərarı ilə Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

Dəyişikliyə əsasən Milli Onkologiya Mərkəzinin mühafizəsi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.