Ötən ildə istehsal edilən elektrik enerjisinin STATİSTİKASI

6 Yanvar 2015 13:16 (UTC+04:00)

2014-cü ilin 12 ayı ərzində ölkə enerji sistemində 22,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə SİA-ya "Azərenerji"ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilmişdir.

Mənbənin bildirdiyi digər bir məlumata görə, 2014-cü ilin dekabr ayında isə 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib