Emil Bədəlov 29 yaşını qeyd edir FOTO

6 Yanvar 2015 12:12 (UTC+04:00)

Bu gün səsi ilə yanaşı görkəmi, zarafatları və rəqsləri ilə hər kəsi özünə cəlb etməyi bacaran müğənni Emil Bədəlovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə ailəsi və sənət yoldaşları Emili təbrik edib.

Emili ilk təbrik edən həmkarı və ailəvi dostu bəstəkar-müğənni Nazim Məmmədov olub: "Bu gün əziz qardaşım, Həcc və ailə dostu, axirət qardaşım Emilin doğum günüdür. Təbrik edirəm. Hər zaman üzün gülsün. Ailən xoşbəxt yaşasın. Hər zaman var ol".