“Bakı” hazırlığa start verib

6 Yanvar 2015 11:56 (UTC+04:00)

Qış tətilini başa vuran "Bakı" dünən bir araya gəlib. SİA-nın məlumatına görə, saat 15:00-da klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Rafael Əmirbəyov rəhbərlik edib.

Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından futbolçuları 3 qrupa bölərək onları meydanboyu qaçırdıb. Bir saatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra edib. Bununla da "Bakı" yeni ildə ilk məşqini başa vurub.