Mehriban Zəki: “Serialda sənət axtarmaq düzgün deyil” AÇIQLAMA

5 Yanvar 2015 14:20 (UTC+04:00)

Əməkdar artist Mehriban Zəki bir müddətdir seriallarda çəkilmir. Bunun səbəbini SİA-ya açıqlayan aktrisa rejissorlardan maraqlı təklif gözləyir: "Bildiyiniz kimi, "Sirr" serialında rol almışam. Daha sonra isə yarımçıq lentə alınan "Həyat çiçəyi" serilana da çəkilmişəm. Hazırda heç bir serialda rol almıram. Sadəcə maraqlı təklif gözləyirəm. Serial aktyoru həm yaradıcılıq, həm də maddi baxımdan maraqlandırmalıdır. Serial kino və teatrdan çox fərqlidir. Orada böyük sənət axtarmaq düzgün deyil. Bir çox məqamlar rejissoru, aktyoru və tamaşaçını qane etməlidir. Hesab edirəm ki, yalnız o zaman fərqli və maraqlı iş alına bilər. İstədiyim kimi təklif olsa dəyərləndirəcəm. Əks halda, seriala çəkilməyəcəm".