"Litva Ukraynanın müraciətini əsas götürərək, bu ölkənin ordusuna silahlanma elementləri göndərib". SİA xəbər verir ki, bu fikirləri Litvanın hərbi naziri Yuozas Olyakas ölkə mətbuatına açıqlamasında deyib.
"Bütün bunlar prezident Petro Poroşenkonun ifadə etdiyi kimi, silahlanma elementləridir ki, Ukrayna ordusu bundan yararlana biləcək" -deyə, Litvanın müdafiə naziri deyib. Lakin o, həmin elementlərin dəqiqliyi ilə hansı silahlanma vasitələri olduğunu deməkdən imtina edib.
Olyakas vurğulayıb ki, Litva Ukraynanı tam şəkildə dəstəkləyir və dost hesab etdiyi dövlətə istənilən yardımları bundan sonra da göstərəcək.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko da bazar günü güc strukturları Nazirlikləri ilə keçirdiyi görüşündə Litvanın ölkəsinə hərbi yardım göstərdiyini deyib. O, həmçinin Polşa və Kanada tərəfindən də müvafiq hərbi yardımlar aldığını bildirib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Litva ilə Ukrayna arasında hərbi-texniki əməkdaşlıq sferasında razılaşma imzalanıb.
Rövşən Nurəddinoğlu