Fonda yığılan vəsaitin həcmi açıqlandı

5 Yanvar 2015 12:49 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fonda 60 603 102 manat, 211 791 ABŞ dollar və 593 avro vəsait yığılıb.

Qeyd olunan vəsait Fond yarandığı vaxtdan 1 yanvar 2015-ci il tarixinədək olan dövrü əhatə edir.