Bakı-Ələt magistralında bağlantı yolları tikiləcək

1 Yanvar 2015 18:25 (UTC+04:00)

Bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Bakı-Ələt magistralının 4-6-cı kilometrlik hissəsində bağlantı avtomobil yollarının tikinti işləri davam edir. Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, layihəyə əsasən 6 bağlantılı yolun uzunluğu 5711 metr təşkil edəcək. Onlardan dördü 4, biri 3, digəri isə 6 hərəkət zolaqlı nəzərdə tutulub.

Bağlantıların ikisində avtomobillərin park edilməsi mümkün olacaq. Kommunikasiya xətlərinin keçirilməsi üçün yolboyu ehtiyat keçidlər də tikilib. Bağlantı yolları su oyunlarının keçiriləcəyi arena istiqamətində nəqliyyat vasitələrinin rahat hərəkətini təmin edəcək.