254 milyon sərnişin İpək Yolundan istifadə edib

29 Dekabr 2014 15:45 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 254,8 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, bu dövrdə İpək yolu ilə daşınan yüklərin həcmi 48 milyon ton olub. Yüklərin 49,8 faizi avtomobil, 34,5 faizi dəmir yolu, 15,7 faizi dəniz nəqliyyatının payına düşüb.

Yük daşımaları fəaliyyətindən 420,4 milyon manat, sərnişin daşınmasından isə 88,9 milyon manat gəlir əldə olunub və müvafiq surətdə 10,0 və 12,9 faiz artım qeydə alınıb.