Tərlan Əhmədli "Zirə"yə icarəyə verilib

29 Dekabr 2014 14:32 (UTC+04:00)

"Sumqayıt" Futbol Klubunun və 21 yaşadək Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli "Zirə" klubunda çıxış edəcək. SİA-nın məlumatına görə, 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.

Qeyd edək ki, T. Əhmədli cari mövsümdə "Sumqayıt" FK-nın əvəzedici komandasında 13 oyunda meydana çıxıb.