Yarmarkaya çıxarılan kənd təsərrüfatı və sanaye məhsullarınımn qiyməti bazar qiymətindən 25-30 % aşağı olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hər il olduğu kimi, Yeni il Bayramı ərəfəsində Lənkəranda "Bayram Yarmarkası" keçirilib. Satışa əhalinin təlabatına uyğun olaraq kənd təsərrüfatı və sənaye məhsulları çıxarılıb.Yarmarka Lənkəran şəhərinin dəmiryol vağzalı meydanında təşkil olunub. Yarmarkaya səhər saat 9:00-dan start verilib. Bayram yarmarkasında Bakı şəhərindən və Respublikasının ayrı-ayrı rayonlarından, 47 firma və şirkət iştirak edib. Satışa 400 tondan artıq müxtəlif adda kənd təsərüfatı və yeyinti məhsulları çıxarılıb. Əhaliyə təqdim olunan məhsulların qiyməti, bazar qiymətindən 25-30% aşağı olub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimovun sözlərinə görə, satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub.
Qeyd edək ki,bu cür bayram yarmarkaları Lənkəranda artıq ənənə halını alıb. Hər il Yeni il və Novruz bayramları ərəfəsində bu cür yarmarkalar təşkil olunur.
Sərraf Mirsəfəroğlu




