Nərimonov rayonunda xeyriyyə tədbiri keçirilib TƏDBİR

26 Dekabr 2014 17:46 (UTC+04:00)

Bu gün Nərimanov rayonunda yerləşən "Atrium" otelində sosial müdafiyəyə ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin sədri Cəmilə Abdullayeva çıxış edərək uşaqları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, ölkəmizə sülh, əmin-amanlıq, ruzu, bərəkət arzu ediblər. Daha sonra tədbir müxtəlif əyləncəli konsert proqramı ilə davam etdirilib.

İntizarə Məmmədova