“Lans” futbol klubunun prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

26 Dekabr 2014 15:07 (UTC+04:00)

Fransanın "Le Racing de Lens" futbol klubunun prezidenti Jerve Martel Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, J. Martelin məktubunda deyilir: "Zati-aliləri, Fransanın "Le Racing de Lens" futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik. Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq".