Leyla Əliyeva Gəncədə FOTOLAR

24 Dekabr 2014 11:33 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar dekabrın 23-də Gəncədə olublar. SİA-nın xəbərinə görə, Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksini, hündürlüyü 41 metr olan Zəfər tağını ziyarət ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən "Qız Qalası" Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə Ulu Öndər Heydər Əliyevin əkdiyi çinar ağacını seyr ediblər. Leyla Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi olaraq "Lermontov ağacı" adlandırıb.

Ağacın əkilməsində rusiyalı qonaqlar da iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış olub. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın kəsilməsi prosesində iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı "Lermontov irsi" Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə edib. Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkiblər, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.