Elçin Cəfərovdan yeni FOTOLAR

22 Dekabr 2014 11:18 (UTC+04:00)

Müğənni Elçin Cəfərovdan yenilik var. SİA-nın verdiyi xəbərə görə, o, fotokamera qarşısına keçib. İfaçı "De, adın nə sənin?" mahnısı üçün fotosessiya etdirib.

Qeyd edək ki, sözləri və musiqisi Elməddin Həmidova, aranjimanı Tərlan Məmmədhüseynova məxsus "De, adın nə sənin?" mahnısına çəkilən klip 2015-ci ilin ilk günlərində hazır olacaq. Klipin rejissoru Anar Hüseynovdur.

Həmin fotoları təqdim edirik: