Şirməmməd Hüseynov "Şərəf" ordeni ilə təltif edildi

17 Dekabr 2014 01:45 (UTC+04:00)

Prezident İlham Əliyev Şirməmməd Hüseynovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə Şirməmməd Ağaməmməd oğlu Hüseynov "Şərəf" ordeni ilə təltif edilsin.