Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair" sazişin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib. SİA-nın məlumatına görə, "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair" saziş 2014-cü il mayın 6-da Bakıda imzalanıb.