Daha bir kanal “Azerspace-1”ə qoşulub

15 Dekabr 2014 11:52 (UTC+04:00)

"Azerspace-1" peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir region kanalı daxil olub. "Azərkosmos" ASC-dən SİA-ya verilən məlumata görə, Azərbaycanın ilk telekommunikasiya peyki və "Dünya" televiziya şirkəti arasında "Dünya TV"nin yayımına dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Dünya TV" "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

Sumqayıt şəhərində fəaliyyət göstərən kanalı 11135/H/27500 tezliyi ilə yayımlanır.