Müsavatda daha bir istefa

15 Dekabr 2014 10:16 (UTC+04:00)

Müsavat Partiyasının fəal üzvü Füzuli Vəziroğlu partiya sıralarından istefa verib. O, bu haqda "Facebook" sosial şəbəkəsindəki statusunda bildirib: "Dəyərli dostlar, bu gündən Müsavat Partiyası sıralarından ayrılmaq qərarına gəldim. Dəyərli xanımlar və bəylər, sizlərə şəxsi həyatınızda can sağlığı, uzun ömür, xöşbəxt gələcək, meydanlarda aparacağınız mübarizədə uğurlar arzulayıram. Allah yardımçınız olsun".