Türkiyədə güclü partlayış

14 Dekabr 2014 20:10 (UTC+04:00)

Türkiyənin Sakarya vilayətində güclü partlayış olub. Partlayış fişəng fabrikinin anbarıda baş verib. Hadisə nəticəsində yaralananlar var. 1 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Partlayış yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Lakin yanğını söndürmək hələlik mümkün olmayıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.