"Samsung" özünün yeni "Galaxy S6" modelini buraxmağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq yeni modelin ilkin göstəriciləri açıqlanıb. Yeni modelin texniki imkanları indikilərdən xeyli üstündür. Yeni modelin ekranının ölçüsü 5,5 düym, ekranın sıxlığı 2560*1440p-dir. "Galaxy S6" 8 nüvəli, 64 bitlik, prosessora malikdir. Smartfonun RAM-ı 3 GB-lıq, arxa kamerasının gücü 20 megapiksellikdir. O, bazara Android 5.0 Lollipop ile birlikdə buraxılacaq. "Galaxy S6"nın gələn ilin fevral ayında baş tutacaq Mobil Dünya Konqresində təqdim olunması nəzərdə tutulub.