Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz.
Ulu öndər Heydər Əliyev
Sönməz, əbədidir Heydər Əliyev
Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalqa anladan,
Müqəddəs bu yolda təkcə can atan,
İlahi qüvvədir, Heydər Əliyev!
Qılınc qənimi, qələmin gulu,
Haqqın dərgahında uludur, ulu!
Sevdiyi Vətəndir,bir Allah yolu
Sönməz, əbədidir, Heydər Əliyev!
Vətən, xalq yolunda canından keçən,
Həyatda mənalı bir ömür sürən
Hər bir addımında uzağı görən
Gözüdür xalqının, Heydər Əliyev!
Millətin adını yüksəkdə tutan,
İmzasın əbədi tarixə atan,
Düşdüyü bəladan qurtuluş tapan
Düşünən beynidir Heydər Əliyev!
Haqqın, ədalətin keşiyin çəkən,
Siyasi meydanda liderlik edən,
Beynəlxalq aləmdə hər sözü keçən,
Danışan dilidir, Heydər Əliyev!
Bəşər tarixində yeri görünən,
Xalq ilə ağlayıb, xalq ilə gülən,
Ulu öndəri tək, xalqın döyünən,
Yanan ürəyidir Heydər Əliyev!
Haqq sözüdür, Həsən deyir diliynən
Sevgi vəsf edilməz xalqa gücüynən,
Dünyada hər yerdən görünə bilən,
Əlçatmaz zirvədir, Heydər Əliyev!
ÜRƏYİMDƏSƏN
Sevincim də Sənsən, kədərim də Sən!
Varlığın sevincdir, yoxluğun kədər…
Köksümdə döyünən ürəyim də Sən,
Unuda bilmirəm, ürəyimdəsən!..
Zülmətə nur saçan Günəş də Sənsən!
Çəkdiyin zəhmətlər getmədi hədər!..
Azəri yurdum da, elim də Sənsən…
Unuda bilmirəm, ürəyimdəsən!..
Fitri istedadlı, uzaqgörənsən…
Tarixdə yaratdın çox möcüzələr!
"Azəribaycanlıyam!" – fəxrlə dedin Sən
Unuda bilmirəm, ürəyimdəsən!..
Özünü sevdirdin əməlinlə Sən,
Bir dövlət qurdun ki, dünyalar qədər!
Qəlbimdə qoyduğun abidənlə Sən!
Unuda bilmirəm, ürəyimdəsən!..
Xalqın gələcəyin düşündükcə Sən,
İlham tək böyütdün siyasi rəhbər!
Özündən sonar da qalib gəldin Sən!
Unuda bilmirəm, ürəyimdəsən!..
Beləcə, bu gün də Sən bizimləsən…
Millətin, Mehriban olub səfərbər!
Yolunu gedirlər – sanki özünsən!
Unuda bilmirəm, ürəyimdəsən!..
Açdın xoşbəxtliyi üzümüzə Sən!
Ruhun şad olsun ki, gülür hər səhər!
Tanrıdan tükənməz sərvətimizsən!
Unuda bilmirəm, ürəyimdəsən!..
AXTARIR SƏNİ
Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
Xəyalım dolanır, göylərə qalxır,
Göylərin qatında axtarır səni-
Ey ulu öndər!
Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
O yolu gedənlər geriyə dönməz,
Tanrı dərgahında axtarır səni-
Ey ulu öndər!
Ha qaçım, çalışım, ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni-
Ey ulu öndər!
Xalqını çığartdın ağ günə, fəqət
Vətən günü-gündən açar gül-çiçək!
Bizə təsəllidir davamçın, əlbət-
Onun simasında axtarır səni-
Ey ulu öndər!
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının görən gözü, düşünən beyni, danışan dili, yanan ürəyidir.
Həsən KAMİLOĞLU