Çantadan 1500 manat oğurladı

13 Dekabr 2014 12:00 (UTC+04:00)

Əl çantasından oğurluq edən 31 yaşlı qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 9-da saat axşam saatlarında Vunk Tau küçəsi yerləşən məişət xidməti salonunda Gülbacı Əliyevanın əl çantasından 1500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günay Məmmədova tutulub.