Azərbaycanda virusa yoluxma halları daha azdır

13 Dekabr 2014 10:17 (UTC+04:00)

"Kasperski Laboratoriyası" şirkətinin virusa yoluxma halları üzrə keçirdiyi araşdırmalar nəticəsində tərtib edilmiş reytinqdə Azərbaycan 44-cü yeri tutub. SİA-nın xəbərinə görə, ölkədə virusa yoluxma hallarının 12376-sı OAS (On-Access Scan), 8290-ı WAV (Web Anti Virus), 7325-i ODS (On-Demand Scan), 156-sı MAV (Mail Anti Virus), 509-u IDC (Intrusion Detection System), 230-u VUL (VLNS Vulnerability Scan) proqramları tərəfindən aşkar olunub.

Siyahıda qonşu Rusiya 1-ci, Qazaxstan – 15-ci, Ukrayna - 17-ci, Türkiyə - 20-ci, İran – 28-ci, Gürcüstan 91-ci yerdə qərarlaşıb.

Virusa yoluxma reytinqində ilk beşliyə Rusiyadan sonra Amerika Birləşmiş Şatatları, Hindistan, Vyetnam və Almaniya daxildir.

Azərbaycanın bu siyahıda 44-cü yerdə qərarlaşması ölkənin İKT sektorunun yetərincə inkişaf etdiyi və təhlükəsizliyinin təmin edilməsi kimi qiymətləndirilir.