Ticarət mərkəzindən 22 mindən çox partlayıcı məmulat tapıldı

12 Dekabr 2014 17:15 (UTC+04:00)

Bakı şəhər sakinindən 22 mindən çox pirotexniki məmulat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimat Hüseynovdan 22 280 ədəd pirotexniki məmulat götürülüb.

Qeyd edək ki, pirotexniki məmulatlar istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığına mənfi təsir göstərən və tezalışan mal hesab edildiyindən onların mülki dövriyyəsi məhdudlaşdırılıb.