ANAMA-nın baş direktoru vəfat edib

12 Dekabr 2014 09:49 (UTC+04:00)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib. SİA-nın xəbərinə görə, Nazim İsmayılov uzun sürən xəstəlikdən sonra axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, N.İsmayılov 1998-ci ildən ANAMA-ya rəhbərlik edib.

Allah rəhmət eləsin!