Erməni deputat döyüldü

12 Dekabr 2014 00:23 (UTC+04:00)

Ermənistanda müxalifətçi deputatlardan biri döyülüb. İrəvanda naməlum şəxs Ermənistan milli konqresinin parlament fraksiyasının katibi Aram Manukyana hücum edib və onu yumruqlamağa başlayıb.

Hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb.

Hazırda polis əməkdaşları həmin ərazidə yoxlamaalar aparırlar.

Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.